HTML nədir?

HTML HTML (Hyper Text Markup Language) 1989-cu ildə Tim Berners-Lee tərəfindən yaradılmışdır və veb-saytların yaradılması üçün istifadə olunan dildir. Bütün veb-saytların təməli HTML-dir və veb səhifələrin strukturu bu dil əsasında qurulur.

HTML, veb səhifələrindəki məzmunlardan (yazı, şəkil və s.) ibarətdir və bunları yaratmaq üçün də elementlərdən istifadə olunur.

HTML Element Elementlər 2 hissədən ibarətdir:

Tag Attribute

Tag

Tag'lar elementlərin başlanğıc və sonunu təyin edir. Məsələn:

Salam Dünya!

Yuxarıdakı kodda h1 tag'ından istfadə edilib.

Bir çox tag'lar açıldıqdan sonra elementin məzmunu qeyd olunur, daha sonra bağlanır.

Ummanblog

Daxil ol Attribute Attribute özündə müəyyən informasiyanı cəmləşdirir və başlanğıc tag'in daxilində yerləşir. Azərbaycan bayragi. Yuxarıdakı kodda src və alt attribute'ları, img tag-a aiddir və informasiya (dəyər) saxlayırlar. Əgər eyni zamanda bir neçə tag-dan istifadə olunursa, müvafiq sırayla açılıb bağlanmalıdır.

Google

HTML necə yazılır?

HTML fayllarını sadə text editorlarda da yazmaq mümkündür. Lakin, əsasən kod editorlardan istifadə edilir. Çünki, kod editorlar məhz kod fayllarının yazılması və işlənməsi üçün yaradılıb. Həm də editorlardan istifadə etmək kodlaşdırma prosesini daha da asanlaşdırır və avtomatik olaraq kodunuz redaktə edilir. Bunlara nümunə olaraq:

Visual Studio Code daha çox funksional
Notepadd++
Sublime Text
Atom Editor
kimi kod editorları göstərmək olar.

İstənilən editoru yüklədikdən sonra isə həmin editora daxil oluruq və yeni səhifə açırıq. Aşağıdakı kod nümunəsini səhifəyə köçürürük.

<!DOCTYPE html>

Mənim veb-saytım

Başlıq

Mətn

Daha sonra isə faylı .html sonluğu ilə yadda saxlayırıq. Artıq siz bu sadə veb-saytı istənilən brauzerdə aça bilərsiniz.

Yuxarıdakı kod nümunəsində də qeyd olunduğu kimi bütün HTML faylları <!DOCTYPE html> sətiri ilə başlamalıdır. Bu sətir faylın HTML 5 dokumenti olduğunu bildirir.

HTML dokumenti tag'ı ilə başlayır və tag'ı ilə də bitir.

tag'ları arasında isə veb-saytın metadataları yerləşir. Bu metadatalar əsasən axtarış sistemləri və digər proqramlar üçündür.

Metadatalar kursun növbəti hissəsində daha da aydın şəkildə izah olunacaqdır. Veb-saytın məzmunu, yəni saytda görünən hər bir şey isə tag'ları arasında yazılır.

HTML Struktur

tag'ları arasında isə səhifənin adı qeyd olunur.

Did you find this article valuable?

Support Umman Hasanov's blog by becoming a sponsor. Any amount is appreciated!