HTML Başlıqlar

HTML Başlıqlar

Başlıqlar, adında da qeyd olunduğu kimi saytda başlıq yazılarını yaratmaq üçün istifadə edilir. Başlıqlar 6 cür olur:

< h1>
< h2>
< h3>
< h4>
< h5>
< h6>
Bunlardan ən əsası < h1>, ən az əhəmiyyətli olan isə < h6> başlığıdır. Saytda ən önəmli başlıqlar < h1> başlığı ilə yazılmalıdır.

< h1>Başlıq 1< /h1>
< h2>Başlıq 2< /h2>
< h3>Başlıq 3< /h3>
< h4>Başlıq 4< /h4>
< h5>Başlıq 5< /h5>
< h6>Başlıq 6< /h6>

Başlıq 1

Başlıq 2

Başlıq 3

Başlıq 4

Başlıq 5
Başlıq 6

Başlıqlar önəmlidir!
Axtarış sistemləri, veb-saytın tərkibini (saytda yerləşən elementləri) və ümumi strukturu başlıqlardan istifadə edərək indeksləşdirir. İstifadəçilər də sayta daxil olan zaman ilk öncə başlıqları nəzərdən keçirirlər. Hər bir başlığın özünəməxsus ölçüsü var və onları böyüklüyünə görə istifadə etmək yanlışdır. Lakin, başlıqlara style attribute'u təyin edib, font-size ilə dəyişmək mümkündür.
< h3 style="font-size: 60px;">Yeni başlıq< /h3>

Yeni başlıq